Estetik əməliyyatdan sonra turş qidalardan uzaq durunbackend

Estetik əməliyyatdan sonra turş qidalardan uzaq durun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu insanın gərgin və əsəbi olmasına şərait yaradır. İstək əsnasında limon, yaşıl alma, kivi, ərik, portağal kimi meyvələrdən və acı ədviyyatlardan az miqdarda və maye (şirə) halda istifadə etmək olar.
Gözəllik estetikasından biri hesab olunan burun əməliyyatlarından sonra isə acı və turş qidalardan istifadə etmək məsləhət deyil.

Türkiyəli mütəxəssis Op.Dr.Bülentin müsahibəsindən aydın olur ki, estetik əməliyyatdan sonra ağır qidalara qarşı pəhriz saxlamaq, daha çox yumşaq qidalara üstünlük vermək lazımdır ki agız rahat açılıb bağlana bilsin. Bu qidalar çeynəmə zamanı estetik problem yaratmayaraq, düzgün və yaxşı qidalanmağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, əməliyyatdan sonra acı və isti qidalardan uzaq durmaq lazımdır. Çünki bu qidalar qan damarlarını genişlədərək şişlik və göyərmə kimi çətinliklər yarada bilər. Yay aylarında əməliyyat olan xəstələrin isə bol maye qəbul etməsi və duzdan çoxlu istifadə etməmələri lazımdır.

Bunlar xaricində; Qatı və sərt qidalardan, yaşıl alma, armud kimi sərt meyvələrdən az istifadə etməmək, bunun əvəzində həmin meyvələrdən hazırlanmış və orqanizim üçün faydalı, bol vitaminli olan meyvə şirələrindən və pürelərindən istifadə etmək olar. Dişləməsi və çeynənməsi çətin olan qidalar qatı qidalar olduğundan çeynəmə tələb edir. Bu baxımdan ilıq, maye qidalarla qidalanmaq lazımdır. Çox soyuq və çox isti qidalar məsləhət deyil.

Yara yaxşılaşmasını sürətləndirmək üçün bol təzə tərəvəz (pomidor şirəsi), tərkibi multivitaminlə zəngin meyvə şirələrini və zülal ağırlıqlı qidaları seçim edə bilərsiniz. Süd, pendir, qatıq, yumurta kimi qidalar da faydalıdır.

Estetik əməliyyatlarından sonra ilk həftə ərzində bol miqdarda ilıq çay və su istifadəsi uyğundur. Bundan əlavə gündə 1 dəfə gecə yatarkən E vitamini və Omeqa 3 vitaminlərindən istifadə etmək olar.

İnterpress.az