“Narıncı şahzadə” şorbasıbackend

“Narıncı şahzadə” şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
5 ədəd kök
2 x.q. un
5 st. ət suyu
2 x.q. kərə yağı
Duz, istiot

Hazırlanması:
Kök yuyulur, təmizlənib, rəndədən keçirilir.
Kərə yağında yumşalana qədər qovrulur.
Yağa düşəndən sonra, üzərinə 1 st. ət suyu tökülür, qaynadılıb blenderdən keçirilir.
Əzilmiş kökün üzərinə 4 st. ət suyu əlavə edilib təkrar qaynadılır.
Unun üzərinə qaynayan şorbanın suyundan az-az tökülüb qarışdırılır.
Unlu qarışıq şorbaya qaşıq-qaşıq əlavə olunub, 3-4 dəq. qaynadılır.
Hazır şorbaya duz, istiot səpilib servis edilir.

İnterpress.az