Tərkib:
Qarpız (orta çəkili)
qazayağı – 1 dəstə
brınza – 150 qr
qırmızı soğan – ½ baş
zeytun yağı – 3 xörək qaşığı
sirkə – 1 xörək qaşığı
təzə döyülmüş qara istiot
Hazırlanması:
Qarpızı dilim-dilim doğrayın, tumlarını çıxarın.
Xörək qaşığı ilə qarpızı iri hissələrə bölün və salat qabına yığın.
Soğanı yarınhalqa, qazayağını zövqə görə doğrayın.
Ərzaqların üzərinə çəngəllə əzilmiş pendir əlavə edin.
Kasada sirkə, yağ və qara istiotu qarışdırın.
Sousu salatın üzərinə gəzdirib qarışdırın.
İnterpress.az