Tərkib:
3 ədəd pita çörəyi
30 qr kərə yağı
5 ədəd təzə qırmızı turp
2 ədəd təzə xiyar
2 ədəd duzlu xiyar
200 qr ağ lobya
1 ədəd pomidor
2-3 ədəd çeri pomidoru
1 dəstə kahı
1 dəstə cəfəri
Sous üçün:
2 x.q. zeytun yağı
2 x.q. limon suyu
Duz, istiot
Sousun hazırlanması:
Yağ, limon suyu, duz və istiot qarışdırılır.
Pita çörəyi parçalara bölünür, üzərinə kərə yağı çəkilib sobada qızardılır
Pomidor dilimlənir, turp, xiyar halqavarı, göyərti xırda, kahı iri şəkildə doğranır.
Lobya suda bişiirlir.
Tərəvəzlərin üzərinə sous tökülüb qarışdırılır.
Hazır salat kasaya yerləşdirilir, üzərinə qızardılmış pita çörəyi düzülüb servis edilir.
İnterpress.az