Armud piroqubackend

Armud piroqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
6 ədəd armud
1 ədəd portağal
1 ədəd limon
300 qr şəkər tozu
600 ml su (300+300)
350 qr un
0,5 ç.q. duz
150 qr kərə yağı
3 ədəd yumurta
1 ç.q. qabartma tozu
0,5 x.q. alma sirkəsi
1 paket jelatin
75 ml qaymaq
1 paket vanil

Hazırlanması:
Portağalın suyu sıxılır, limonun qabığı rəndələnib qarışdırılır.
Qarışığa qaynar su və şəkər əlavə edilib qaynadılır.
Armud siropa əlavə edilib bişirilir.
Bişmiş armun şirədən çıxarılıb soyudulur, şirə saxlanır.

Xəmirin hazırlanması:
Un, duz, qabartma tozu qarışdırılır. Üzərinə kərə yağı əlavə edilib ovulur.
Yumurta, sirkə, vanil və 5 x.q. soyuq su çırpılıb unlu qarışığa qatılır.
Yumşaq xəmir yoğrulub 15 dəq. soyuducuya yerləşdirilir.
Xəmir diametri 26 sm olan formaya yayılıb, kənarlarını qaldırılır. Təkrar 15 dəq. soyuducuya qoyulur.
Xəmirin üzərinə yağlı kağız salınır, üstünə quru lobya səpilir.
Əllə basılıb 200 dərəcəlik sobada 15 dəq. bişirilir.

Kremin hazırlanması:
2 x.q. unla 2 x.q. şəkər tozu qarışdırılır. Üzərinə 125 qr şərbət əlavə edilib mikserlə çırpılır.
Yumurta qaymaqla çırpılıb qarışığa qatılır.
Armudların aşağı hissəsi kəsilib hamarlanır, piroq əsasının üzərinə düzülür.
Üzərinə krem tökülüb təkrar sobada 25 dəq. bişirilir.
Yerdə qalan şərbətin üzərinə öncədən isladılmış jelatin əlavə edilin isidilir(qaynatmaq olmaz).
Piroq soyudulur, üzərinə soyudulmuş jelatinli qarışıq tökülüb yayılır.

İnterpress.az