Məscidin fonunda “yarı çılpaq” şəkildə klip çəkildi- VİDEObackend

Məscidin fonunda “yarı çılpaq” şəkildə klip çəkildi- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Tatarstanın milli TV kanalında yayımlanan və məscidin qarşısında çəkilən “açıq –saçıq” klip cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Geniş səs-küyə və qınaq obyektinə səbəb olan klip millət vəkili,Tatarıstan müftisi Rüstəm Batranın da qəzəbinə səbəb olub. O öz Facebook səhifəsində klip haqqında bunları yazıb:
“Klip qəbul edilə bilməz. Müğənnilər lap şüurlarını itirib. Bu nə biabırçılıqdır? Lüt-çılpaq şəkildə klip çəkdirməyi bəs etmir, hələ arsız-arsız məcidin qarşısında qarnı açıq şəkildə rəqs edir. Bizim ənnənəmiz,dinimiz var. Sizə ayıb olsun”- deyə müfti fikir bildirib.
Müğənni isə bu klipdə heç bir ayıb və utanılası bir şey görmədiyini söyləyib.
O öz rəqsini incəsənət əsəri kimi təqdim etdiyini söyləyib. Lakin, müğənni bütün müsəlmanlardan üzr istəməyi də unutmayıb.

İnterpress.az https://youtube.com/watch?v=dpzAkbXBS4w