Məşhur aktyor sevgilisini qətlə yetirib – FOTObackend

Məşhur aktyor sevgilisini qətlə yetirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bunu açıqlamasında mərhum qadının həyat yoldaşı bildirib.
Evli olduğu halda məşhur aktyor Cim Kerri ilə eşq yaşayan Katriona Uayt adlı qadın 1 il əvvəl yüksək dozada narkotik maddə qəbul etdiyinə görə dünyasını dəyişib.
Katrionanın əri Mark Burton həyat yoldaşının ölümündə Cim Kerrini ittiham edib və hadisəni intihar həddinə çatdırmaq kimi qiymətləndirib:
“Katriona, Cim Kerri ilə ayrıldıqdan 1 saat sonra intihar edib. Cim öz məşhurluğundan istifadə edərək qanunsuz şəkildə narkotik maddələrin əldə olunmasına nail olurdu. O, mənim həyat yoldaşımın tez-tez depressiyada olduğundan xəbəri var idi. Buna baxmayaraq o, müntəzəm olaraq Katrionanı “Perkoset”, “Ambiyen”, “Propranol” kimi istifadəsi qadağan olunmuş ölümcül psixotrop vasitələrlə təmin edirdi”.
Həmçinin qeyd olunur ki, iddiaçı məşhur aktyorun sevgilisinin ölümünü cəmiyyətə yayılmamasında və gizlin saxlanmasında böyük rolu olduğunu vurğulayıb.

Məşhur aktyor sevgilisini qətlə yetirib - FOTO

Məşhur aktyor sevgilisini qətlə yetirib - FOTO

Məşhur aktyor sevgilisini qətlə yetirib - FOTO

İnterpress.az