Sosial yardımı sosial kartlar əvəzləyəcək? – Ekspert Təklifibackend

Sosial yardımı sosial kartlar əvəzləyəcək? – Ekspert Təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzunu İnterpress.az-a şərh edən iqtisadçı ekspert Qalib Toğrul bildirib ki, sosial yardım sistemindəki korrupsiya hallarının azaldılması (ləğvi), iqtisadi böhran və son aylar artan inflyasiya fonunda əhalinin aztəminatlı həssas təbəqəsinin qorunması, sosial gərginliyin yumşaldılması məqsədilə Sosial yardım alanlara hər ay pul yardımı əvəzinə ancaq ərzağa xərclənmək şərtilə sosial kartlar verilsin. Yəni həmin kartdakı məbləğə ərzaqdan başqa heç nə almaq mümkün olmasın. Daha sonra dünya təcrübəsində yoxsul ailələrin əksəriyyəti aldıqları yardımın demək olar ki, hamısını ərzağa xərcləyirlər. Bunun üçün nazirlik bu istiqamətdə bir tədqiqat aparıb real vəziyyətə aydınlıq gətirə bilər. İqtisadi Tədqiqatlar Mərkəzinin 2013-cü ildə apardığı tədqiqat bunu təsdiq edib.
Ekspertin 2-ci təklifi Sosial kart vasitəsilə alınmasına icazə verilən ərzağın siyahısı hazırlanaraq təsdiq edilməsi, ilə bağlıdır:

“Bu siyahıya saxlanma müddəti qısa olan ilkin tələbat malları – çörək, süd, pendir, yağ, xama, kəsmik, tərəvəz, meyvə, çəkər tozu, ət, yumurta, qarabaşaq, düyü və sair daxil edilə bilər”.
Üçüncü təklifindən danışan Q.Toğrul bildirib ki, kartdakı məbləğin tamının bir ay (və ya ayyarım) ərzində xərclənməsi şərti qoyulsun. Bir aydan sonra həmin məbləğ dondurlulsun:

“Kart vasitəsilə ancaq əvvəlcədən razılaşdırılmış, sosial kartların xüsusi sistemə inteqrasiya olunduğu marketlərdə alış-veriş etmək mümkün olsun. Sosial kartların verilməsi zamanı ÜDSY-nin hesablanması üçün istifadə olunan ehtiyac meyarı göstəricisindən imtina olunmalı, adambaşına aylıq gəliri Ölkə üzrə Yaşayış Minimumu göstəricisindən aşağı olan aztəminatlı ailələrin üzvlərinə verilən məbləğ elə bu göstəriciyə uyğun olaraq da hesablanmalıdır.Son vaxtlar əksər ərzaq məhsullarının bahalaşması artıq ÜDSY-nın hazırkı hesablanma mexanizmini üçün istifadə olunan 105 manatlıq Ehtiyac meyarının ləğvini, 136 manatlıq Yaşayış minimumunu keçməyi tələb edir. Nəhayət, yerli istehsalı təşviq etmək üçün sosial kartla yalnız Azərbaycan istehsalı olan məhsulların alınması şərti qoyulmalıdır. Ən nəhayət, yeni sistemə keçməzdən nazirliyin data base-dəki sosial yardım alanlar ciddi surətdə ələkdən keçirilməli, yoxlanılmalı, əsl yoxsullar üçün sosial yardımın qapısı həmişə açıq olmalıdır”.

Gülşanə Mustafayeva
İnterpress.az