Ermənistan hökumətində yeni təyinatlarbackend

Ermənistan hökumətində yeni təyinatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan maliyyə naziri vəzifəsinə Vardan Aramyanın təyin edilməsi barədə sərəncam imzalayıb. Bundan əlavə, Sarkisyanın imzaladığı sərəncamlara əsasən, Vaan Martirosyan nəqliyyat və rabitə naziri, Aleksan Arutyunyan prezident adminstrasiyası rəhbərinin birinci müavini, İqnati Arakelyan kənd təsərrüfatı naziri, Aşot Manukyan energetika və təbii sərvətlər naziri postuna təyin olunublar.

Ermənistan prezidenti imzaladığı digər sərəncamlarla maliyyə naziri Qaqik Xaçatryan, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, energetika və təbii sərvətlər naziri Levon Yolyanı, eləcə də, Ermənistanın Argentina, Uruqvay, Peru və Çilidə fövqəladə və səlahiyyətli səfiri olan Aleksan Arutyunyanı vəzifəsindən azad edib.

İnterpress.az