SOCAR-dan növbəti yalan: Satdığı istiqrazları geri almayacaq!backend

SOCAR-dan növbəti yalan: Satdığı istiqrazları geri almayacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu məlumatı iqtisadçı eskpert Əkrəm Həsənov sosial şəbəkdə yazıb.

Amma qanun pozuntusu yenə də aradan qalxmayıb. Palatanın resursunda və SOCAR-ın öz saytında hələ də dərc edilməyib. Amma indi əsas heç bu da deyil. Emissiya prospekti SOCAR-ın növbəti ciddi yalanının üstünü açdı: Sentyabrın 10-da yazmışdım ki, bank əmanətindən fərqli olaraq, istiqraza qoyulan pulu yalnız 5 ildən sonra geri götürmək mümkün olacaq. Bir gün sonra SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov mənim rəyimə münasibət bildirərkən demişdi:

“İstiqraz sahibləri 5 il gözləməyə məcbur deyillər, hər an istiqrazlarını SOCAR-a satıb, yatırılan vəsaitlərini geri ala bilərlər” (http://fins.az/…/socar-istiqrazlarla-bagli-sayielere-aydinl…). Lakin emissiya prospektinin 6-cı səhifəsində birmənalı olaraq yazılıb: “İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur”. Bir sözlə, istiqraza qoyulan pulunuzu 5 il gözləməli olacaqsız. Deməli, SOCAR yenə bizə yalan deyib. İndi başa düşdünüz, emissiya prospekti niyə dərc edilmirdi və hələ də tələb olunan bütün resurslarda dərc olunmayıb? Bəlkə hələ başqa məqamlar da var. Emissiya prospektini tam və diqqətlə oxumaq lazımdır. Gəlin birlikdə oxuyaq, özümüzü aldatmağa qoymayaq!

İnterpress.az