Bu gün hava necə olacaq?backend

Bu gün hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, mülayim cənub-qərb gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə yarımadada 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman.
Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

İnterpress.az