15 yaşında qız “DAEŞ” tərəfindən qaçırıldıbackend

15 yaşında qız “DAEŞ” tərəfindən qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə, Tuzla Mimarsinan məhəlləsində baş verib.
Cümə günü səhər saatlarında 15 yaşında Funda Çiçək, ailəsiylə yaşadığı evdən çıxıb geri dönməyib.
İddiaya görə, evdən ayrıldıqdan sonra Çiçək əmisi Alaaddinə \”Mən ölümə gedirəm. Məni axtarmayın . Mən ölmək üçün hazıram\” kimi mesajlar atıb.
Qızlarından xəbər ala bilməyən ailə vəziyyəti polisə xəbər verib.
“Tuzla İlçe Təhlükəsizlik Müdürlüğü” dəstəsi ailənin şikayəti ilə əlaqədar 7 adamın ifadəsini dinləyib.
Şəxslər ifadələrinin ardından sərbəst buraxılıb.
Çiçəyin ailəsi, qızlarının DAEŞ tərəfindən qaçırıldığını iddia edir.
Təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb
Polis dəstəsi hadisə gününə aid təhlükəsizlik kameralarının görüntüləri əldə edə bilib.
Kameralara əks olunan görüntülərdə , Funda Çiçək hadisə baş verən gün, yanındakı naməlum şəxslərlə avtobusa minib.
Çiçək, Tuzla Şəfa məhəlləsini qalxan avtobusa minərək Tuzladan ayrılıb.
Hüquq muhafizə orqanları araşdırmaya davam edir.

İnterpress.az