Ömürlük cəza alan hakimlərlə bağlı rəsmi açıqlama: “Tanımırıq”backend

Ömürlük cəza alan hakimlərlə bağlı rəsmi açıqlama: “Tanımırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tennis üzrə yığma komandanın baş məşqçisi Yaqub Manafov AzNews.az-a bildirib ki, hakimlikdən ömürlük uzaqlaşdırılan Şirzad Həsənovu və Arxip Molotyaqini tanımır: “Mən 11 ildir ki, federasiyadayam. Demək olar ki, bizim qurumun bütün işlərini görürəm. Amma bu müddət ərzində bizim akademiyada həmin ad və soyadlarda nə idmançı, nə də hakim olub. Olsa təbii ki, xəbərim olardı. Bilmirəm niyə bizim adımıza çıxarırlar. Amma onların bizimlə heç bir əlaqəsi yoxdur, tanımıram da…”

Qeyd edək ki, Beynəlxalq Tennis Federasiyasının (BTF) araşdırmasına görə, azərbaycanlı olduğu deyilən Şirzad Həsənov və Arxip Molotyaqin adlı hakimlərin təxminən 1 il əvvəl etdiyi fırıldaq üzə çıxıb. Belə ki, bir il öncə İsraildə keçirilən “Futures” seriyalı turnirlər zamanı oyunun gedişində tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeyker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə pullar əldə edə biliblər. Sözügedən şəxslər BTF-nin qərarı ilə hakimlikdən ömürlük uzaqlaşdırılıb.

İnterpress.az