İnterpress.az “Qazeta Ru”ya istinadən xəbər verir ki, ittiham \”Petrobras\” dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.
Məlumata əsasən, prokurorluq sabiq prezidentin arvadı və böyük oğluna qarşı da ittiham irəli sürüb.
Qeyd olunur ki, ölkənin hüquq-mühafizə orqanları tərəfindən İnasiu Lula da Silva və ailəsinə məxsus evlərdə axtarış həyata keçirilib.
Axtarış əməliyyatından sonra sabiq prezident dindirilmə üçün polis idarəsinə aparılıb.
İnterpress.az