“Kimə deyəsən ki, “dəfn pulu”ndan artıq vəsait xərcləməsin”backend

“Kimə deyəsən ki, “dəfn pulu”ndan artıq vəsait xərcləməsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Millət vəkili Fazil Mustafa “Məzar yerləri və məzarlıqlar haqqında” layihə ilə bağlı bir neçə sualları şərh edərkən bildirib.

“Dəfn pulu” undan artıq vəsaitin xərclənməməsi təklifi Azərbaycan cəmiyyəti üçün keçərli olmayacq. Bunun icra olma ehtimalının böyük olacağını zənn etmirəm. Kimə başa sala bilərsən ki, yas mərasiminə bu qədər pul xərcləmək olmaz. Və ya “dəfn pulu”ndan əlavə vəsait xərclənməsin:

“Hamı özünü göstərmək, ölüsünə daha çox hörmət göstərdiyini nümayiş etdirmək üçün özündən müxtəlif addımlar atacaqdır. Bu məsələdə bir irəlləyiş olacağını düşünmürəm. Amma bu layihə Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən atılan müsbət bir addımdır. Bu addımı da dəstəkləmək lazımdır. Hər halda cəmiyyətdə düşüncənin necə olmağından aslı olmayaraq insanların müəyyən dərəcədə sıxıntılarını azaltmaq lazımdır. Vəfat etmiş insanın əziyyətini həyatda olan qohum-əqrabasının üzərinə yükləmək olmaz. Bununla yanaşı düşünürəm ki, maarifçilik işi də aparılmalıdır. İnsanlar bilməlidir ki, aşırı xərclərlə hüzur mərasimi vermək insanlara çox baha başa gəlir”.

Fazil Mustafa layihədə bələdiyələrin heç bir ödəniş olmadan torpaq verilməsi təklifinə də münasibət bildirib.

Bələdiyyə torpaq verən yoxdur ki? Bu İcra Hakimiyyətlərinə aiddir:

\”Bələdiyyələr formal olaraq torpaq məsələləri ilə məşğul olurlar. Ona görə də çox az sayda – yalnız rayon bələdiyyələrinin bu işlə məşğul ola biləcəyi mümkün görünür”.

Qeyd edək ki, Milli Məclisdə “dəfn pulu” ndan artıq vəsaitin xərclənməməsi ilə bağlı mövzu hələki müzakirəyə çıxarılmayıb.

Gülşanə Mustaafyeva
İnterpress.az