Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, ANS-in şikayəti təmin edilməyib.
Qeyd edək ki, kassasiya şikayəti ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarından verilib. Həmin qərar da Teleradio Şurasının müraciəti əsasında çıxarılıb.
MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılıb. Şura lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib.
***
Məhkəmə iclası bu gün səhər saat 11:00-dda Ali Məhkəmədə keçirilib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hakim tərəfləri dinləyib. Hələlik fasilə elan olunub. 15:00-da isə yekun məhkəmə qərarı veriləcək.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətlər qrupunun bütün əməkdaşları da məhkəmədə iştirak edirlər.
Gülşanə Mustafayeva
İnterpress.az