İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, narkotik maddələrin satışı ilə məşğul olan qız bilmədən ABŞ-nin Conson rayonunda fəaliyyət göstərən polis məmuruna “narkotika hazırdır” deyə mesaj yollayıb.
Polis dəstəsi əməliyyata başlayaraq qızdan dəyəri 575 $ olan “Amfetamin”, 17 ədəd istifadəsi qadağan olunmuş ağrıkəsici “satın” alır.
Daha sonra narkotik maddələrin ticarəti ilə məşğul olan qız həbs edilib.
Məhkəmə qərarı ilə ona 30 il cəza kəsiləcək.
İnterpress.az