Prezident Avropa İttifaqını cəhənnəmə göndəribbackend

Prezident Avropa İttifaqını cəhənnəmə göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, ölkədə narkotik alveri ilə apardığı mübarizə metodlarına görə, Aİ tərəfindən qınaq obyektinə çevrilib.
“Mən Avropa İttifaqının mənim ünvanıma söylənilən fikirlə tanış oldum, mən onlara deyirəm ki – cəhənnəm olun” – bunu Filippində yerli biznesmenlərə görüşdə Rodrigo Duter söyləyib.
Duterteyə görə, Avropa ölkələri Yaxın Şərqdə törətdiyi günahları ört-basdır etmək üçün belə yanaşma ilə düşünürlər.
Qeyd olunur ki, Avropa İttifaqının Parlamenti 15 sentyabrda qanunsuz narkotik ticarəti ilə mübarizə aparmaq üçün milli və beynəlxalq öhdəliklərə uyğun qərar verib.
Xatırladaq ki, Rodrigo Duterte bu ilin mayında prezident seçilib.
O, narkotikadan asılı şəxslərə və narkotik maddələrin satıcılarına qarşı tam miqyaslı mübarizə istiqaməti tutub.
Statistika görə, prezidentin fəaliyyətindən sonra ölkədə narkotika ticarəti ilə məşğul olan və istifadə edən 2,4 min adam öldürülüb.

İnterpress.az