Prezidentin masada davranışı aşpazı özündən çıxartdı – FOTObackend

Prezidentin masada davranışı aşpazı özündən çıxartdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu Yorkda yerləşən İtalyan restoranın baş aşpazı Massimo Sola “Times” qəzetinə öz təəssüratlarını bölüşüb: “Demək belə, Nazarbayev restorana öz şəxsi dequstatoru və 30-dan çox cangüdənləri ilə daxil oldu. Prezident restoranın sahibindən bütün qab-qacağı araqla yudurtmağı tələb etdi. Biz onun bu “şıltaqlığını” yerinə yetirdik, düşündük ki, bu onlarda bir ənənədir. Daha sonra Nazarbayevin səxsi həkimi qida və ərzaqların zəhərli olub-olmamasını yoxlamaq üçün mətbəxə daxil oldu. Bütün yemək və ərzaqlar nəzarətdən keçirildi. Yalnız bundan sonra şam yeməyi masaya qoyuldu. Siyasətçiyə səxsi xidmətçiləri qulluq edirdi. Masada göbələkli pizza, müxtəlif balıq yeməkləri, burqer və qızardılmış çüçə vardı”.
İllərdir Nyu Yorkun zadəgan sinfinə qulluq edən, onların zövqünü oxşayan aşpazın dediklərinə görə, o həyatında ilk dəfədir ki, belə hadisə ilə qarşılaşır.

Prezidentin masada davranışı aşpazı özündən çıxartdı - FOTO

Prezidentin masada davranışı aşpazı özündən çıxartdı - FOTO

Prezidentin masada davranışı aşpazı özündən çıxartdı - FOTO

İnterpress.az