Ceyhan Nurdan – “SEZAR” ROLLbackend

Ceyhan Nurdan – “SEZAR” ROLL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
70 qr “aysberq” kələmi
15 qr “parmesan” pendiri
1 diş sarımsaq
1dilim tost çörəyi
5 qr soğan-kəvər
30 qr hisə verilmiş toyuq əti
40 qr “sezar” sousu
4 ədəd lavaş
Duz

Hazırlanması:
Çörək kubvarı doğranır, üzərinə sürtgəcdən keçirilmiş sarımsaq səpilib sobada qurudulur.
Kələm əllə parçalanır.
Pendir sürtgəcdən keçirilir.
Toyuq əti uzunsov, soğan-kəvər iki yerə bölünüb doğranır.
Ərzaqların üzərinə sous əlavə olunur,duz, istiot səpilib qarışdırılır.
Lavaşlar yelpik şəklində (ikisi altda, ikisi üstdə) düzülür.
Salat lavaşın üzərinə yerləşdirilib roll şəklində bükülür.
Roll iki hissəyə bölünüb servis edilir.

İnterpress.az