Liftdə cinsi təcavüzbackend

Liftdə cinsi təcavüz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hürriyet”-ə istinadən xəbər verir ki, Konyada yaşayan 18 yaşlı İsmayıl M, küçədə raşlaşdığı qadını evinə qədər izləyib. Qadının iddiasına görə, naməlum şəxs onun arxasınca liftə girərək ona təcavüz edib. Qadın təcavüzkarın əlindən dişləyərək qışqırmağa başlayıb. Hadisə yerinə özlərini çatdıran qonşular tərəfindən evli və 2 uşağı olan qadın xilas olunub, İsmayılı isə polisə təslim ediblər.
Şübhəli səxs mətbuat işçilərini görəndə “Çək, yaxşı çək, nə təcavüz, mən namuslu adamam” – deyə bağırıb.
Hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində İsmayılın vücudunda dırnaq izləri aşkarlanıb.
Cinayət işi davam edir.

İnterpress.az