6 yaşlı uşaqdan insanlıq dərsibackend

6 yaşlı uşaqdan insanlıq dərsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberturk.com”-a istinadən xəbər verir ki, 6 yaşlı Aleks ABŞ prezidenti Obamaya məktub yazaraq, Suriyalı Ümranı onlara gətirməsini xahiş edib.
Məktubda belə qeyd olunub:

“Əziz prezident Obama, Suriyada ambulansın kömək etdiyi uşağı xatırlayırsınızmı? Xahiş etsəm, gedib onu götürüb bizə gətirə bilərsinizmi? Ona bir ailə verəcəyik və o bizim qardaşımız olacaq”.

Hələdə evi bombalandıqdan sonra qanlar içərisində olan balaca Ümran məsum siması ilə bütün dünyaya dərindən təsir edib.
Prezident Obama Aleksin məktubunu bu sözlərlə qiymətləndirib:

“Hamımız Aleks kimi olmalıyıq. Əgər elə olsaydıq, dünyanın necə bir yer olacağını təsəvvür edin. Sona çatdıra biləcəyimiz əzab-əziyyətləri və xilas edə biləcəyimiz həyatları düşünün”.

İnterpress.az