Xameyni: “İslam dünyasını parçalayan ingilislərdir”backend

Xameyni: “İslam dünyasını parçalayan ingilislərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Dünyabülteni.com”-a istinadən xəbər verir ki, İranın ali dini lideri Xameyni, İslam dünyasını məzhəbçilik edərək ayıran siyasətlər haqqında ilk dəfə və dəqiq ifadələrlə tənqid edib.

Xameyni, İslam dünyasını ayıran məzhəbçi siyasətlərin “ingilis işi” olduğunu bildirərək, sünni alimləri təhqir edənlərin həqiqi şiə olmadıqlarını söyləyib. Xameyni, şiə olmayanlara təhqir edən şiələri “ingilis şiəsi”adlandırıb və bunun məzhəb fitnəçiliyi olduğunu ifadə edib.

Xameyninin İran mətbuatına verdiyi açıqlamalarında belə qeyd edib: “Əhli-i Sünnət alimlərinə istiqamətli hər hansı bir təhqir xarakterli münasibət şiələri İmamətə inanmanın təməl qaydalarından uzaqlaşdırar. Şiə adı ilə digər İslami məzhəblərin mənsublarını təhrik edənlər əslində“ingilis şiələri”dir. Bu cür fəaliyyətlər nəticəsində regionu qan gölünə çevirən elə Amerika və İngiltərə istiqamətli qüvvələrdir”.

İnterpress.az