Türkiyə SOCAR üçün qazın nəqlinin müddətini uzadırbackend

Türkiyə SOCAR üçün qazın nəqlinin müddətini uzadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, \”Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair\” Anlaşma Memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, Türkiyə Respublikası \”SOCAR Turkey Energy\” üçün qaz nəqlinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasına və BOTAŞ-ın STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasının təmin edilməsinə də razılıq verir.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə edilib.(apa)

İnterpress.az