Qolfun kralı öldübackend

Qolfun kralı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, Pensilvaniya ştatındakı Pittsburq şəhərindəki hospitalda dünyasını dəyişib.
Sentyabrın 22-də hospitala yerləşdirilmiş Palmerin ölüm səbəbi kəskin ürək-damar çatışmazlığıdır.

Peşəkar idmançı karyerasında Palmer əsas qolf turnirlərində 7 qələbəyə nail olub. O, Masters-də (1958, 1960, 1962, 1964-ci illər), ABŞ-ın Açıq Çempionatında (1960-cı ildə) və Britaniyanın Açıq Çempionatında (1961, 1962-ci illər) qalib gəlmişdi.

A.Palmer nüfuzlu PGA Tour-da 62 dəfə çempion olub.
\”Qolf kralı\” 2006-cı ilin oktyabrında karyerası ilə vidalaşıb.

Qolf barədə bir neçə kitab yazmış Arnold Palmer bu idman növü barədə televiziya şousunun prodüseri idi. O, teleaparıcı da işləyib, kinofilmlərə çəkilib.
A.Palmer mülki şəxslər üçün ABŞ-da nəzərdə tutulmuş ali mükafatların sahibidir. O, Prezidentin Azadlıq Medalına və Konqresin Qızıl Medalına layiq görülüb. (milli.az)

İnterpress.az