Baş nazir, spiker və nazirlər səs veriblərbackend

Baş nazir, spiker və nazirlər səs veriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konstitusiyaya təklif edilən düzəlişlər paketinin səsverməyə çıxarıldığı referendumda Azərbaycanın dövlət və hökumət rəhbərləri, nazirlər də iştirak ediblər. Azərbaycanın baş naziri Artur Rasi-zadə qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Məntəqədə 1423 seçici qeydiyyata alınıb.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da referendumda səsvermə hüququndan istifadə edib.Spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsinə gəlib. O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.
\”Bu səsvermə bir yoxlamadır. Bu referendum ölkənin gələcək inkişafını təmin edəcək\”.

Oqtay Əsədov səs verdikdən sonra jurnalistlərə bildirib ki, seçkinin gedişatını şəhər tezdən müşahidə edir: \”Səsvermə prosesi yüksək səviyyədə gedir və inanıram ki, günün axırına bu referendumda öz əksini tapan dəyişiklər tam halda qəbul olunacaq\”. (virtualaz.org)

İnterpress.az