Bunu açıqlamasında Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsini (referendumu) müşahidə edən TürkPA-nın baş katibi Jandos Asanov deyib.
“Referenduma hazırlıq yaxşı təşkil olunub. Biz Bakıda yerləşən bəzi seçki məntəqələrində monitorinq həyata keçiririk”, – J.Asanov bildirib.
O, seçkilərin gedişindən məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, TürkPA müşahidəçilər missiyasının tərkibinə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan deputatlar daxildir. (gununsesi.info)
İnterpress.az