Zərdabda yaşı 100-dən yuxarı olan 9 seçici qeydə alınıbbackend

Zərdabda yaşı 100-dən yuxarı olan 9 seçici qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasının sədri Mehdi İsmayılov APA-nın yerli bürosuna bildirib, bu gün keçirilən referendumla bağlı 48 məntəqə üzrə 41066 nəfər seçici qeydə alınıb. Onlardan da ilk dəfə səsvermə hüququ qazanan seçicilərin sayı 615 nəfər, 80-100 yaş arası olan seçicilərin sayı 1035 nəfər, yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 9 nəfərdir.

Dairə üzrə səsverməni izləmək üçün 495 müşahidəçi qeydə alınıb. Səsvermənin şəffaf keçirilməsi məqsədi ilə 8 məntəqəyə vebkameralar quraşdırılıb Ən yaşlı seçici rayonun Qaravəlli kənd sakini 1905-ci il təvəllüdlü Gülüstan Abduləziz qızı Xəlilovadır.

İnterpress.az