Bunu bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsinin (referendumun) monitorinqi ilə məşğul olan AŞPA müşahidə missiyasının rəhbəri, makedoniyalı parlamentari Aleksandr Nikoloski jurnalistlərə açıqlamasında deyib.
O, Bakıya referendumu monitorinq etmək üçün 7 nəfərlik nümayəndə heyəti ilə gəldiyini qeyd edib.
A.Nikoloski referendumdan ilkin təəssüratlarını bölüşməkdən imtina edərək hər şey barədə sabah keçirəcəkləri mətbuat konfransında məlumat verəcəklərini vurğulayıb: \”1-2 aydan sonra isə referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik\”.
Qeyd edək ki, saat 13:00-a olan məlumata görə, A.Nikoloski 29 saylı Səbail seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrində olub.
İnterpress.az