Steyk Ribay – Ziyafət üçünbackend

Steyk Ribay – Ziyafət üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
2 ədəd ribay (malın qabırğa hissəsinin əti)
2 diş sarımsaq
Kərə yağı
Zeytun yağı
Rozmarin
Kartof
Duz, istiot

Hazırlanması:

Tava maksimum dərəcədə qızdırılır.
Ətmətbəx çəkici ilə yüngülcə döyəclənir.
Ətin hər iki üzünə əzilmiş sarımsaq çəkilib duz, istiot səpilir.
Tavaya az miqdarda zeytun yağı əlavə olunur.
Ətin üzərinə rozmarin səpilib hər iki tərəfi qızardılır.
Kartof təmiz yuyulub iki yerə bölünür.
Duz, istiot səpilib zeytun yağı əlavə olunmuş formaya düzülür.
Üzərinə rozmarin səpilib 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.
Steykin üzərinə kərə yağı qoyulub kartof və salatla birlikdə servis edilir.

İnterpress.az