APA-nın xəbərinə görə, “exit-poll” tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.
Bildirilib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% \”bəli\”, icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% \”bəli\”, insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% \”bəli\” və Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə \”88,8\” \”bəli\” cavabını verib.
O da qeyd olunub ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına seçicilərin təxminən 80 %-i \”bəli\” cavabını verib.
İnterpress.az