İnterpress.az “Milliyet.com”-a istinadən xəbər verir ki, BMT-nin təşkil etdiyi işçi qrupu ABŞ-a səfər edərək hazırladığı raportu BMT İnsan Hüquqları Komissiyasının 33-cü sessiyasında elan edib.
Raportda qeyd olunub: “ABŞ-da müstəmləkəçilik dövründə Afrika əsilli insanların köləlik, irqi terrorizm, ayrıseçkilik kimi problemlərlə üz-üzə qalmışdır. Daha sonra bu cür çətinliklərə məuz qalanlarının itkilərinin ödənməsi və onlardan üzr istənilməsinə dair hələ də ciddi bir addım yoxdur”
Həmçinin hal hazırda da ABŞ-da insan hüquqları ilə bağlı problemlərin mövcud olduğunu qeyd edən işçi qrup bildirib: “Bir sıra tədbirlərin görülməsinə baxmayaraq afroamerikalıların hüquqları barədə şübhələrimiz var”.
Bunlardan əlavə, raporda ABŞ polisinin qaradərili insanlara qarşı zorakılıq etdiyi və bu qanun pozuntularının araşdırılması üçün istintaq təşkil edilməlidir.
İnterpress.az