İnterpress.az xəbər verir ki, məlumata əsasən 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində bina 20-nin qarşısında baş verib.
Burada naməlum şəxslər həmyerlimizi döyərək içərisində 630 000 min rubl və pasport olan çantasını oğurlayıblar.
Həmyerlimiz qapalı kəllə-beyin travması və sağ gözün kontuziyası diaqnozları ilə şəhər xəstəxanasına çatdırılıb.
Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.
İnterpress.az