İnterpress.az \”Ria novosti\”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.
Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.
Polis və dinc sakinlər arasında yaralanan olmayıb.
Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb.
O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.
İnterpress.az