İstənilən halda bu verilişlərə qonaq qismində can atanların olduğu, onlara çoxsaylı tamaşaçının baxdığı inkarolunmazdır.
Söhbət bəzi şou, əyləncə və sosial yönümlü formata malik verilişlərdən gedir. O verilişlər ki, bir neçə dəfə qalmaqalarla gündəmin trendinə də çevriliblər.
İnterpress.az xəbər verir ki, Modern.az saytının həmin teleproqramlarla bağlı keçirdiyi “Ən çox tamaşaçısı olan veriliş hansıdır?” adlı sorğusu yekunlaşıb.
1-15 yanvar aralığında respondentlər “Space” TV-də Günel Həsənzadənin aparıcısı olduğu “Banu” proqramını sorğunun birincisi ediblər. Veriliş oxucularımızdan 38.9% səs qazanıb.
“Xəzər” TV-də Leyla Mustafayevanın apardığı “Ənənə boxçası” isə 31.6% səslə sorğuda ikinci olub.
Gözlənilənlərin əksinə olaraq, Xoşqədəm Hidayətqızının məşhur “Səni axtarıram” (“Xəzər” TV) verilişi 10.12% səslə üçüncü olub.
Sorğumuz aşağıdakı nəticələrlə yekunlaşıb.
“Banu” – Günel Həsənzadə – “Space” TV (38.9%)
“Ənənə boxçası” – Leyla Mustafayeva – “Xəzər” TV (31.6%)
“Səni axtarıram” – Xoşqədəm Hidayətqızı – “Xəzər” TV (10.12%)
“5-də 5” – Zaur Kamal – “Xəzər” TV (9.48%)
“Sevimli mahnı” – Mikayıl Güləddinoğlu – “Space” TV (3.67%)
“Bizimləsən” – Zaur Baxşəliyev – ATV (2.94%)
“Çıxış yolu Afət Rahilqızı ilə” – Afət Rahilqızı – ARB(2.20%)
“Çıxış yolu” – Nuranə Gülər – “Lider” TV (1.47%)
İnterpress.az