Hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Həmin evdə usta işləyənlər – Bakı şəhər sakini Rəşad İsmayılov münaqişə zəminində həmyerlisi Sevindik Hacıyevə bıçaqla xəsarət yetirib. S. Hacıyev hadisə yerində ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov tutulub. ( a24.az )
İnterpress.az