Bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.
O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin \”MyCARGO Airlines\” şirkətinə məxsus \”Boeing 747-400\” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir. ( trend.az )
İnterpress.az