Müxalifət partiyaları Azərbaycan gəncliyinə müraciət etdibackend

Müxalifət partiyaları Azərbaycan gəncliyinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saytımızın redaksiyasına göndərilən müraciətin məzmunu aşağıdakı kimidir:

\”1990- cı il yanvarın 20- də Moskva milli və demokratik azadlıqlar uğrunda genişlənmiş xalq hərəkatını yatırtmaq, terror, işğal və etnik təmizləmələrlə Dağlıq Qarabağın Ermənistana vermək cəhdlərinə qarşı Azərbaycan xalqının ümummilli müqavimətini qırmaq və bu hərəkatın mütəşəkkil qüvvə və təşkilatlarını məhv etmək, totalitar, müstəmləkəçi, kommunist rejimini xilas etmək, işğal məqsədilə Azərbaycana hərbi təcavüz etdi.

Öz milli haqq, heysiyyəti və ləyaqətini qorumaq üçün əliyalın yüz minlərlə insanımız müasir silahlarla silahlanmış dünyanın ən güclü nizami ordularından birinin tankları, topları və güllələrininin qarşısına dinc etiraza çıxdı. Yüzlərlə insan qətl edildi və yaralandı, on minlərlə insan həbs edilidi və repressiyaya məruz qaldı.

Təcavüz gecəsi və ondan sonrakı günlərdə elan edilmiş fövqəladə vəziyyət rejiminə, hər an baş verə biləcək ölüm və təqib təhlükələrinə baxmayaraq kütlələr meydanlardan çəkilmədi, yüz minlərlə şəxs kommunist partiyasını tərk etdi, yerli hakimiyyət orqanlarının təcavüzü pisləyən və Sovet imperiyasını sarsıdan siyasi sənədlər qəbul etməsinə nail olundu, şəhidlərin dəfninə milyonlarla insan çıxdı, 40 günlük siyasi matəm tətili keçirildi, Azərbaycanın SSRİ- dən ayrılması və tam dövlət müstəqilliyinə nail olmaq uğrunda hərəkat cəmiyyətin bütün təbəqələrini əhatə edərək aparıcı milli ideyaya çevrildi.

Azərbaycan xalqının müqaviməti nəticəsində 1990- cı ilin 20 yanvarında sovet kommunist rejiminin öz varlığını saxlamaq, xalqların və insanların azadlıq səsini susdurmaq planı baş tutmadı. Təcavüz öz məqsədinə, rejimi və SSRİ- ni xilas etməyə nail olmadı. Təcavüzkarlar Bakıda, Azərbaycanda ağır məğlubiyyətə uğradı. Azərbaycan xalıqı mənəvi və siyasi qələbə qazandı və öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Azərbaycan tarixinin bu şərəf səhifəsi XX əsr dünya tarixinin ən parlaq səhifələrindən biridir. 20 yanvar Azərbaycan xalqının Sovet rejiminə qarşı milli müqaviməti ümumdünya tarixi əhəmiyyətə malik hadisədir.

20 yanvar Azərbaycan xalqının, Azərbaycan incanının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və dayanıqlı dövlət qura bilmək və yaşatmaq, ən çağdaş demokratik – siyasi dəyərlərə malik olmaq və müasir siyasi mədəniyyətlər səviyyəsində yaşamaq potensialını və haqqını ortaya qoydu.

20 yanvar tarixini yaşamamış gənclik bilməlidir ki, həmin qalibiyyət bütün azərbaycan xalqının qalibiyyəti idi. Eyni zamanda bu ilk növbədə o dövr Azərbaycan gəncliyinin azadlıq ruhunun və əzminin, qəhrəmanlıqlarının sayəsində mümkün olmuşdu. Torpaqlarımızın işğalının davam etdiyi, dünyada müstəqilliyimizi təhdid edən imperialist qüvvələrin canlandığı, daxildə təslimçi xain meyllərin cücərdiyi, bu günlərdə də Vətən və millətin gəncliyə ehtiyacı vardır. İnanırıq ki, bu günkü gəncliyimiz bu fədakarlıq və qəhrəmanlığı göstərəcək, 20 yanvar 1990- cı ilin qəhrəman sələflərinə layiq olacaq, Azadlıq tarixinə öz şanlı səhifəsini yazacaqdır\”.

Musavat.com xəbər verirnki, konfransda Azadlıq Partiyası, ADP, Aydınlar Partiyası, Ağ Partiya, ALP, AXP, BAP, KXCP, VİP siyasi qurumları iştirak edib.

İnterpress.az