“Hədəf Taksim idi” – terrorçusunun ifadəsibackend

“Hədəf Taksim idi” – terrorçusunun ifadəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Abdulqədir Maşaripov Suriyanın Rakka şəhərində hakimiyyəti əla alan İŞİD tərəfindən Taksimdə qətliam törətmək üçün verilən əmri yerinə yetirmək məqsədiylə İstanbula gəldiyini deyib. Lakin orada təhlükəsizlik tədbirlərinin güclü olduğu üçün terror törədə bilmədiyini söyləyib: \”Hədəfimiz Taksim idi. Təyin edilmiş vaxtda, yəni, 22:00-da mən artıq Taksimdə idim. Amma orada təhlükəsizlik tədbirləri güclü olduğundan mən oradan uzaqlaşdım. Təlimatı verən adama zəng etdim. O isə bölgədə başqa hədəf axtarmağımı söylədi. Mən də taksiyə minib ətrafı gəzdim. Və Zeytunburnuna gəldim. Həmin anda Reinanın hədəfə uyğun olduğunu gördüm. Çünki burada təhlükəsizlik qüvvələri gözə dəymirdi. Mən də təlimatçı ilə əlaqə saxladım. O isə qəbul etdi”.
İstanbul Kəşfiyyat və Terrorla Mübarizə Şöbə Müdirliyinin əldə etdiyi məlumata görə Maşaripov, qətliamı törətmək üçün 16 dekabrda İstanbula gəlib.

Qeyd edək ki, Abdulqədir Maşaripov hadisəni törətdikdən sonra şübhə çəkməmək üçün əlindəki \”Flashbang” adlanan əl bombasını partladaraq yaralı kimi çölə çıxıb.

İnterpress.az