İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.
Yevda Abramov bu kimi halların baş verdiyi təqdirdə vətəndaşların Milli Məclisdən incik düşdüyünü bildirib.
“Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.
İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb.
“Dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil. Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.
İnterpress.az