Makkeyn Rusiyaya meydan oxudubackend

Makkeyn Rusiyaya meydan oxudu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Respublikaçılar palatasının senatı Con Makkeyn \”Fox News\” kanalına verdiyi açıqlamasında hər kəsin marağına səbəb olacaq şərtləri dilə gətirib.
Con Makkeyn yeni seçilmiş prezident Donald Trampa mühüm hesab etdiyi tövsiyyələrini verərək “Biz axmaq qərarları dəstəkləyib dəyərləndirə bilmərik. Ronald Reyqanın “Gücün dəstəyi ilə sülh” siyasətinin prinsiplərinə əsaslanmalıyıq. Güc topladıqdan sonra onunla (Putinlə) danışıqları müəyyənləşdirib öz məqsədlərimiz uğrunda istəklərimizə nail olmağa çalışmalıyıq ” deyə senator öz fikrini bildirib.
Hər zaman rəsmi Moskvaya qərzli və aqressiv münasibətləri ilə seçilən Makkeyn Amerika qanunvericiliyində Rusiayaya yönəlmiş sanksiyaların güclənməsində böyük rol oynayıb. Rusiya nüvə ehtiyatlarını azaldarsa Amerikanın da öz sanksiyalarını azldacağını vurğulayan Makkeynin söylədikləri Rusiya siyasətçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Makkeynin bu açıqlamasını Obama administrasiyasının “Qu quşunun son nəğməsi” kimi dəyərləndirib. Dmitriy Peskov Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın vəzifə səlahiyyətlərini necə dəyərləndirəcəyini gözlədiklərini söyləyib. Rusiyanın nüvə silahlarının azaldılmasında heç bir halda razılığa gəlməyəcəyini də vurğulayıb.

İnterpress.az