Paytaxtda piyada qəzası baş verib. Yolu keçmək istəyən yaşlı ər-arvad avtomobilin zərbəsinə tuş gəlib. İnterpress.az-ın məlumatına görə, hadisə Xətai rayonunda baş verib. Beləki 70 yaşlı Səfayət Əbdüləzimov və onun həyat yoldaşı 62 yaşlı Qaragöz Əhmədovanı yolu keçmək istəyərkən avtomobil vurub. Ağır xəsarət alan hər iki şəxs yoldan keçən digər sürücülərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
İnterpress.az