İnterpress.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.
İnterpress.az