İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçan təyyarə səmada olarkən yanğın siqnalizasiyası işə düşüb. Lakin göyərtədə təhlükəli yük olmayıb. Hadisə vaxtı təyyarənin göyərtəsində 100 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Sərnişinlərin hamısı təyyarəni tərk edərək, digər təyyarə ilə Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçublar. Məlumatda həmçinin bildirilir ki, hazırda Vladivostok hava limanı öz işini davam etdirir.
İnterpress.az