Con Kelli Daxili Təhlükəsizlik Naziri oldubackend

Con Kelli Daxili Təhlükəsizlik Naziri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Məlumatda bildirilir ki, Con Kellinin bu vəzifəyə təsdiqlənməsinin lehinə 88, əleyhinə isə 11 senator səs verib. Səsvermənin gedişatında 1 nəfər bitərəf qalıb.

Con Kellinin bu vəzifəyə namizədliyi ötən il dekabrın 12-də prezident Donald Tramp tərəfindən irəli sürülüb.

Qeyd edək ki, senatorlar bundan əvvəl Dəniz piyadaları korpusunun istefada olan generalı Ceyms Mettisi də ölkənin müdafiə naziri vəzifəsinə təsdiq ediblər. O, Trampın inauqurasiyasından sonra yeni administrasiyanın ilk üzvü olub.

İnterpress.az