ABŞ kəşfiyyatının BDU barədə gizli məlumatlarıbackend

ABŞ kəşfiyyatının BDU barədə gizli məlumatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzərindən \”Məxfi” qrifi götürülmüş bu qovluqlarda 50 illik bir dövrdə toplanmış informasiyalar açıqlanıb. Bu qovluqların içində Azərbaycanla bağlı da minlərlə informasiya var.

İnterpress.az-ın məlunatına görə, Strateq.az bildirir ki, 1955-86-cı illəri əhatə edən kəşfiyyat sənədlərində Azərbaycanın o dövrdəki siyasi-iqtisadi həyatına dair informasiyalar yer alır. MKİ agentləri tərəfindən ötürülən bu informasiyalarda SSRİ-nin bu strateji məkanı haqqında ətraflı və detallı bilgilər verilib.

ABŞ Kəşfiyyatı əsasən Bakının neft zavodları, SSRİ-nin burada olan hərbi hissələri və Xəzər dənizində mövcud olan hərbi obyektlər barədə məlumat toplayıb. Bununla yanaşı, Azərbaycan SSRİ-nin ictimai həyatı da ciddi şəkildə izlənilib.

MKİ agentləri Azərbaycan Dövlət Universiteti (indiki BDU) ilə də bağlı informasiyalar toplayıb. 22 may 1959-cu ilə aid olan məxfi sənəddə ADU-da fəaliyyət göstərən fakültələr, onlara rəhbərlik edən professor-müəllim heyəti adlarla qeyd olunub. MKİ kəşfiyyatçıları ADU-da Elmlər Akademiyasının prezidenti, məşhur alim Yusif Məmmədəliyevin rektor olduğunu yazıblar. Bundan başqa, MKİ-nin Azərbaycan SSR-də işləyən agentləri ADU-nun müəllimlərinin də adlarını ABŞ-a göndəriblər.

Sənədləri araşdırarkən məlum olur ki, ABŞ kəşfiyyatı Azərbaycanda maksimum dərəcədə informasiya toplaya bilib.

ABŞ kəşfiyyatının BDU barədə gizli məlumatları

İnterpress.az