Bu barədə Trend-ə xəstəxananın həmin xəstəni qəbul edən tibb işçilərindən biri deyib.
Onun sözlərinə görə, S.Qurbanov yanvarın 19-da küçədə döyülmüş halda tapılıb və o, xəstəxanaya təcili tibbi yardım maşını tərəfindən gətirilib. Xəstəxanaya daxil olan zaman onun üzündə hematoma olub. Onun müalicəsi də üzünün yumşaq toxumalarının zədələnməsinə görə aparılıb:
“Xəstəxanada o həkim müayinəsindən keçdi, sistem köçürüldü, vəziyyəti yaxsı dəyərləndirildi. Amma onun psixi problemləri var idi. Xəstəxanaya daxil olan gün bütün günü öz-özünə danışıb. Bizə deyirdi ki, pəncərəni açın “Pavlov məni çağırır”. Dünən saat 5-ə işləmiş isə özünü pəncərədən atıb”.
Qaradağ Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, S.Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İnterpress.az