İnterpress.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının konfransdakı geniş məzmunlu çıxışı barədə ətraflı məlumat verib, qeyd edib ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır. Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılıb.
Eldar Əzizov ilk növbədə yerli bələdiyyə qurumlarının işini sərt tənqid edərək onlara ciddi xəbərdarlıq edib. Həmçinin RİH-ində və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman bəzi məmurlar və vəzifəli şəxslər də ciddi xəbərdarlıq olunub, qəti tədbirlər götürülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verılıb.
Eldar Əzizov bildirib ki, «… torpaq dövlətin sərvətidir və onu qorumaq lazımdır. Azərbaycanda hüquqi dövlət qurulub və bu bizim tarixi nailiyyətmizdir. Qanun qarşısında hamı bərabərdir və onun tələblərinə riayət etmək vacibdir».
İnterpress.az