İnterpress.az xəbər verir ki, 04 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində sosial mediada “Xərçəngə yenilməyərək” adlı maraqlı kampaniya keçirilib. Bu kampaniyanın təşkilatçısı Kəmalə Seyidovanın birdirdiyinə görə, “Xərçəngə yenilməyərək” adlı sosial layihənin əsas məqsədi yaşından, cinsindən və onkoloji diaqnozundan aslı olmayaraq xərçənglə mübarizədə qalibgələn insanların şəxsi təcrübələrini bölüşərək, başqalarını da bu ağır mübarizədə ruhlandırmaq və onlara dəstək olmaqdır.
Qeyd edək ki, bu kampaniya çərçivəsində xərçəngə yenilməyən insanlar öz mübarizə hekayələrini, xəstəlikdən öncə və sonrakı şəkillərini paylaşaraq digər xərçəng xəstələrini ruhdan düşməməyə və mübarizəni davam etdirməyə səsləmişdirlər.
“Xərçəngə yenilməyərək” adlı kampaniya facebook sosial şəbəkəsində istifadəçilər tərəfindən çox böyük maraqla qarşılanıb.
Kampaniyanı buradan izləyə biləsiniz
İnterpress.az