İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.
İnterpress.az